İş barədə məlumat- Müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Debitorlar və kreditorlar üzrə qalıqların müəyyən edilməsi
- Bankla ilə əlaqəli əməliyyatların icrası
- Əmək haqqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, xəstəlik vərəqəsinin hesablanması
- Digər kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Yerli və Xarici ödənişlərin edilməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- E-Qaimə fakturalarının və Hesab Fakturaların yazılması
- İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
- Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi
İstirahət günü: şənbə və bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Razılaşma əsasında
- Yemək şirkət tərəfindən
- Şirkət nömrəsi və danışıq paketi
- İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Müraciət forması:
- Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur
- Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Namizədə tələblər
Fərdi keyfiyyət göstəriciləri:
- İşdə dəqiqlik və detallara diqqətlilik
- Məsuliyyətlilik
- Ünsiyyətlilik
- Komandada işləmək bacarığı
- Konfidensiallıq
Digər tələb və üstünlük göstəriciləri:
- Rus və ya ingilis dili biliyi
- Mikro ERP və Günəş proqram bilikləri
- Minimum təhsil dərəcəsi: bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə)
- Kompüter bilikləri: MS Office – yaxşı
- Dil bilikləri: azərbaycan – əla
- Minimum təcrübə: 2-3 il (müvafiq sahə üzrə)
- Riyazi biliklər və analitik düşünmə bacarığı
- Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər
- Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər
- Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər