MÜHASİB

700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Könül xanım
Telefon (050) 550-94-81
E-mail konul.mammadova@peraplastic.net
Elanın tarixi 07-08-2024
Bitmə tarixi 07-09-2024
İş barədə məlumat

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi
- Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi ,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırırlması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi
- Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.)
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika 5

Namizədə tələblər

- Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir)
- İstehsalat üzrə mühasib kimi minimum 3 il təcrübə
- Azərbaycan dilini mükəmməl bilməli
- 1C ,ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail sayt yazmaq olmaz! vasitəsilə mövzu yerinə “İstehsalat üzrə mühasib” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.