İş barədə məlumatQeyd: təlimçi səhər,günorta və axşam növbəsi üçün tələb olunur.
Nələri bilməlidir:
ÜMUMİ İŞLƏR
- Yenilənmiş New.e-taxes.gov.az işləmək
- www.e-taxes.gov.az-portalı ilə tanışlıq
- E-qaimə sistemində işləmək
- Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması
- Fəaliyyət kodların əldə olunması.
- Mal və xidmət kodlarının əldə olunması.
- Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması.
- Bütün növ qaimə formalarının (təqdim etmə qaimələri, dəqiqləşdirilmiş (qiymət artımı və azalması qaimələri) qaimələr, geri qaytarma qaimələri və s.) hazırlanıb göndərilməsi.
- EFP proqramı vasitəsi ilə elektron qaimə tərtibatı.
- Dövlət və özəl sektorlar üzrə əmək haqqlarının hesablanması, əmək haqqlarından hansı növ tutulmaların olmasının müəyyənləşdirilməsi
- E-Bəyannamə sisteminin bütün bölmələri haqqında ümümi məlumat.
- Şəxsi Hesab Vərəqəsindəki məlumatların düzgün formada analiz edilməsi.
- Mallar və xidmətlər təhvil verildikdən sonra elektron qaimə sisteminə işlənməsi
-Bank sistemi ilə tanışlıq
- İnternet banking üzrə əməliyyatlar(bank daxili, ölkədaxili, ölkə xarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması)
- E Custom gov.az vergi sistemində gömrük kodunun alınması.
- Biznes kartların sifarişi
- Əmək haqqı kartlarının sifarişi
- E-bəyamnamə portalında işlərin görülməsi, Şəxsi hesab vərəqəsinin oxunması
- Mövcud ərizə formaları haqqında ətraflı məlumat.
- Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması
- Təsərrüfat obyektinin (subyektinin) qeydiyyata alınması; ( Təsərrüfat obyektinin qeydiyyatdan çıxarılması, dayandarılması və s ərizə formaların hazırlanıb göndərilməsi)
- Asan imza sertifikatlarının əldə edilməsi üzrə müraciətlər;
- Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması
- İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaların hazırlanması.
HESABATLAR
- Bəyannamə Tərtibatı Proqramı (BTP)-nın kompüterlərinizə yazılması
- Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması
- DSMF hesabatlarının hazırlanması
- Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması
- Sadələşdirilmiş bəyannamənin hazırlanması
- ÖMV bəyannaməsinin hazırlanması; (icarə, dividend,xaricə ödənişlər və s.)
- ƏDV bəyannaməsinin hazırlanması (müvafiq müxabirləşmələr ilə ƏDV mövzusunun izahı və real şirkətlərin məlumatlarına əsasən ƏDV bəyannaməsinin tərtibi)
KADR UÇOTU
- Müəssisənin kadr uçotunun qurulması və aparılması
- Əmək haqqı və tabel cədvəllərinin hazırlanması
- Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
- İşəgötürən qismində səlahiyyətli şəxsin qeydiyyatı
- Bank hesabının əlavə edilməsi
- Müəssisənin strukturunun yaradılması
- Ştatların yaradılması
-Ştatın vakansiya bankına göndərilməsi
- İşçinin işə götürülməsi;
- İşçinin əmək müqaviləsinin bildirişinin yaradılması
- Əmək müqavilələrinə dəyişikliklərin edilməsi
- İşçinin əmək müqaviləsinə xitam verilməsi.
- Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması
- Əmək müqavilələrinin hazırlanması
- İşə qəbul əmr və ərizələrinin hazırlanması
-Tam maddi məsuliyyət, konfidensiallıq və iltizam sənədlərinin hazırlanması
- Əmək müqavilələrinə dəyişiklik əmr və əlavələrinin hazırlanması
- Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi
- Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması
- Ezamiyyə sənədinin hazırlanması
- Xəstəlik vərəqələrinin yazılması və ona uyğun hesabatların aparılması
- Xitam əmr və ərizələrinin hazırlanması
- Son haqq hesabların hesablanması
- Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi
- Təlim qrafiki: Dərslər həftə içi və şənbə günləri səhər/günorta/axşam saatları üçün təyin olunur.
- Xidmət haqqı: razılaşma yolu ilə.
- (Whatsapp aktivdir)
- Ünvan: Nizami rayonu, Heydər Əliyev prospekti 115, Sport Plaza
Namizədə tələblər
Baku Accountants Associates MMC olaraq şirkətimizə Mühasibatlıq sahəsində təcrübəli təlimçiləri əməkdaşlığa dəvət edirik.
- Ali təhsil
- Təlimçi kimi ən azı 3 il iş təcrübəsi olmalı
- Tələbələrə fərdi və qrup şəklində dərslərin tədrisi
- Təlim mövzularının müəyyənləşdirilməsi
- Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması
- Kompüterdə sərbəst işləmə bacarığı olmalı
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı üstünlikdir.
- Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
- Mütəmadi olaraq tələbələrin müvəffəqiyyət səviyyələrini qiymətləndirmək
- Təlim iştirakçıları barədə mütəmadi hesabatlar təqdim etmək
- Analitik düşüncəyə malik olması, fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq , fəal və işə planlı yanaşma bacarığı olması vacibdir.
- Qeyd edək ki, dil biliyi (rus və ingilis) arzu olunandır, Ana dilini mükəmməl bilməlidir.
Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, sayt yazmaq olmaz! elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.