OFİS MENECERİ

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs İNTEG MMC
Telefon (012) 440-06-90
E-mail info@integ.az
Elanın tarixi 10-12-2024
Bitmə tarixi 10-01-2025
İş barədə məlumat

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir.
Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır.
1990-cı ildən bu yana dünyada 13.000 üzvü ilə, təxminən 2 milyon şəxsə iş imkanı verən, Türkiyədə 84, Ölkə xaricində 73 fərqli ölkədə, ümumilikdə 169 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır.

- Ofis daxili gündəlik fəaliyyətlərin təşkili : gələn qonaqların qarşılanması və aidiyyatı üzrə şəxslərə yönləndirilməsi, zənglərin cavablandırılması və şirkət maillərinə mütəmadi nəzarət , sənəd işlərinin yönləndirilməsi
- Şirkətin sosial media hesablarını aktiv istifadədə saxlamaq, mütəmadi paylaşımlar etmək və paylaşımlara uyğun mətnlər hazırlamaq
- Aylıq fəaliyyət hesabatlarının hazırlanması ( azərbaycan və türk dillərində)

İş şəraiti :
- İş rejimi - həftədə 6 iş günü , tam iş qrafiki (09:00-dan 18:30-dək)
- Şənbə günləri saat 09:00-dan 15:00-dək)
- Ünvan : Gənclik , Abbasqulu ağa Bakıxanov küçəsi 48

Namizədə tələblər

- Ali təhsil
- Yüksək kommunikasiya bacarıqları
- MS ofis proqramları üzrə bacarıqlar
- Xarici dil bilikləri (türk və rus dillərində səlis danışıq bacarığı mütləqdir ingilis dili biliyi arzuolunandır)
- Sosial media hesabları üzrə həvəskar səviyyədə idarə bacarıqların olması
- Yalnız xanım namizədlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.