İş barədə məlumat- İş qrafiki: növbəli dəyişkən
- Əmək haqqı: 345 azn+ 4% tips
- İstirahət günü: həftədə bir dəfə
- Nahar və forma şirkət tərəfindən qarşılanır
Vəzifə öhdəlikləri:
- Müştəriləri salamlamaq və müəssisənin proseduruna uyğun olaraq yeməkdən əvvəlki xidmətləri göstərmək
- Müəssisənin prosedurlarına uyğun olaraq müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək
- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək
- İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək
- Xidmət və məhsullar ilə bağlı gecikmələri və ya qüsurları aşkar etmək, müştərinin məmnunluğunu təmin etməklə müəssisənin siyasət və prosedurlarına uyğun olaraq onları tez bir zamanda aradan qaldırmaq və məlumat vermək
- Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək
- Həmkarlar və müştərilər ilə əlaqələri idarə etmək
- Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, barmenlər və digər ofisiantlar ilə ünsiyyət qurmaq