ONLAYN SATIŞ TƏMSİLÇİSİ (15 GÜN)

500 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 45 yaş
Təhsil -
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Nigar xanım
Telefon (012) 310-22-55
E-mail cv@parfumshop.az
Elanın tarixi 21-11-2024
Bitmə tarixi 21-12-2024
İş barədə məlumat

İşin təsviri:

Müştərilərlə onlayn yazışma vasitəsilə müraciətlərə cavab vermək;
Müştəriləri düzgün məlumatlandırmaq və onları məhsullarla bağlı istiqamətləndirmək;
Məhsulları təqdim etmək və satışları həyata keçirmək;
Sosial media kanalları üzərindən sifarişlərin qəbul edilməsi və izlənməsi;
Satış hədəflərinə çatmaq və müştəri məmnuniyyətini təmin etmək.

İş şərtləri:

İş yeri: Rəsmi iş yeri, Xətai metrosu yaxınlığı.
İş qrafiki: 2 gün iş günü ofisdə, ardınca 2 gün qeyri-iş günü. İş saatları 09:00-dan 19:00-dək.
Əmək haqqı: 500AZN+ bonus sistemi;
Rahat iş mühiti.

Müraciət qaydası:
CV-lərinizi [email protected] elektron ünvanına göndərin.
Qeyd: Call-center-ə vakansiya ilə bağlı zəng etmək qəti QADAĞANDIR. Zəhmət olmasa, yalnız CV göndərin.

Namizədə tələblər

-Təhsil:
Orta ixtisas və ya ali təhsil.

-İş təcrübəsi:
Satış və ya müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür.

-Dil bilikləri:
Azərbaycan dili – səlis;
Rus dili – sərbəst danışıq bacarığı.

-Kompyuter bacarıqları:
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Sosial media platformalarında işləmə təcrübəsi (Instagram,
Facebook, WhatsApp);
Klaviaturada sürətli yazışma bacarığı.

-Parfumeriya bilikləri:
Parfumeriya sahəsində məlumatlı olmaq arzuolunandır.

-Şəxsi keyfiyyətlər:
Ünsiyyətcil və gülərüz;
Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurma bacarığı;
Satışda hədəflərə çatmağa motivasiyalı;
Komandada işləmə bacarığı.

-Cinsiyyət:
Yalnız xanım namizəd tələb olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.