İş barədə məlumat- Müraciət edən şəxslərin UBER xidmətinə qeydiyyata alınması
- Onlara xidmətin işləməsinə dair təlimatın keçirilməsi
- Daxil olan müraciətlərin (zəng, WhatsApp, e-mail) emalı
- Gələn şikayətlərə operativ cavab verilməsi, aidiyyəti üzrə yönləndirilməsi və yerinə yetirilməsinin təqib edilməsi
- Müqavilələrin bağlanması
- İşlə bağlı müraciət etmək üçün iş təcrübəsi vacib deyil. Bu vakansiya (iş) yarım gün (part-time) işləyənlər üçün nəzərdə tutulub (tələbələr və s.). İş vaxtı yalnız saat 17:00-dan sonra nəzərdə tutulub. Xahiş olunur iş vaxtı axşam saatlarına uyğun olan namizədlər müraciət etsinlər.
- Əməkdaşlıq rəsmi əmək müqaviləsi
əsasında həyata keçirilir.
- İşçilər tibbi sığorta ilə təmin olunur.
Vakansiya ilə bağlı ətraflı məlumat almaq üçün yalnız 10:00-17:00 arası müraciət olunmalıdır. E-mailə CV göndərənlərə üstünlük verilir.
Namizədə tələblər
- İşində aktiv və ciddi olmalı
- Verilən tapşırıqlara məsuliyyətli yanaşmalı
- İnsanlarla ünsiyyət qurmaği bacarmalı
- Gərgin vəziyyətdə özünü idarə etmək bacarığı yüksək olmalı
- Azərbaycan dilində səlist danışığa və fikirlərini aydın şəkildə təqdim etmək qabilyyətinə malik olmalı
- Orta səviyyədə kompyuter bilikləri zəruridir
- Yarım gün, saat 17:00-dan sonra işləmək imkanı