İş barədə məlumatVəzifə öhdəlikləri:
- Mesaj və zənglərin excel faylda (və ya müvafiq bazada) qeyd edilməsi
- Müştərilərə xatırlatma mesajlarının göndərilməsi
- Qaynar xəttə gələn zəng və mesajların cavablandırılması
- Bonus, kampaniya, müsabiqələr zamanı müştərilərə məlumat verilməsi
- Bonus, kampaniya, müsabiqələr zamanı müştərilərin qeydiyyata alınması
- Müştərilərdən gələn şikayət və təkliflərin qeydə alınması
- Daxil olan şikayət və təkliflərinin layihə menecerinə yönləndirilməsi
- Çağrı Mərkəzi Rəhbərinin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi
- Bazaya düzəlişlərin olunması. Loyallıq proqramları layihəsinin Whatsapp (və ya digər online xəttinə) göndərilmiş mesajların cavablandırılması, düzgün və dəqiq məlumatın verilməsi
- Rəhbərliyə gündəlik hesabatların təqdim olunması.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti
- Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə
- İş vaxtı həftədə 6 iş günü
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Namizədə tələblər
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentində Operator vəzifəsi üzrə aktiv vakansiya var.
- Humanitar sahədə ali və ya orta ixtisas təhsili
- Operator vəzifəsində minimum 1 il iş təcrübəsinin olması
- İstifadəçi səviyyəsində kompüter bilikləri
- Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti
- Azərbaycan dili səlis, rus və ingilis dillərini bilməsi üstünlükdür.
Maraqlı olan namizədlər öz CV-lərini sayt yazmaq olmaz! ünvanına “Operator” başlığı altında göndərə bilərlər.