İş barədə məlumatVəzifələr:
- Məlumat bazasından olan hədəf qrupları ilə əlaqələrin qurulması və dəstəklənməsi
- Şirkətə uyğun ən yaxşı təkliflər və qiymətlərin müəyyən edilməsi və daim yenilənməsi
- Satış şöbəsindən gələn rezervasiya tələblərinin uyğun şəkildə və vaxtında həyata keçirilməsi
- Otellərdən tələb olunan hesab-fakturaların təqibi, koordinasiyası və rəhbərlik və mühasibatlığa təqdim edilməsi
- Müştərilərin rezervasiya şərtlərinin izlənməsi, razılaşdırılmış rezervasiyaların qəbul edildiyini təsdiqləməsi və fövqəladə halların idarə edilməsi
- Rəhbər tərəfindən təyin olunan müvafiq tapşırıqların yerinə yetirilməsi.
İşin təsviri:
- Rezervasiya üzrə nümayəndə rezervasiyaları idarə edir, yerləşmə yerlərinin mövcudluğunu yoxlayır, sifarişləri dəyişdirir və ya ləğv edir; həmçinin tərəfdaşlarla əlaqələri dəstəkləyir və yeni əməkdaşlıq imkanlarını araşdırır.
- Həftə içi 5 iş günü
Namizədə tələblər
- Peşəkar münasibətləri qurmaq və dəstəkləmək bacarığı
- Yaxşı ünsiyyət və interpersonal bacarıqlar
- Problemlərin həlli və müanaqişələrin idarə edilməsi qabiliyyəti
- Biznesi və əlaqəli xidmətləri dərindən öyrənməyə hazır olmaq
- Müvafiq sahədə təcrübə üstünlük kimi qəbul olunacaq
- Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
- Yüksək məsuliyyət hissi
- Çoxişlilik və vaxtın idarə edilməsi bacarıqları, işlərin prioritetləşdirilməsi bacarığı.