SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS

2500 - 2800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Hüseynova Gülcan
Telefon (012) 436-12-33
E-mail hr@qbti.az
Elanın tarixi 30-09-2024
Bitmə tarixi 30-10-2024
İş barədə məlumat

- İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması
- Hesabatların hazırlanması və analiz olunması
- İş qrafiki- 5 günlük

Namizədə tələblər

- Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır)
- Dövlət satınalmaları üzrə azı 3 il iş təcrübəsi
- İstehsalat sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir
- Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı
- Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir
- Məsuliyyətlilik və hesabatlılıq
- Analitik düşünmə və qərarvermə qabiliyyəti
- Ünsiyyətcil və kollektivdə işləmə bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.