SATIŞ DEPARTAMENTİ DİREKTORU

3500 - 4000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 35 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Nərgiz x.
Telefon (012) 310-10-40
E-mail iceland@iceland.az
Elanın tarixi 26-10-2023
Bitmə tarixi 26-11-2023
İş barədə məlumat

- Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək
- Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək
- Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək
- Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək
- Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək
- Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq
- Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq
- Bölgə rəhbərlərinin işini koordinasiya etmək
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək
- Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq
- Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq
- Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək

İş şəraiti:
- İş qrafiki: 1-6 günlər
- Əmək haqqı: 3500-4000 AZN
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və Korporativ nömrə şirkət tərəfindən təmin olunur
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D

Namizədə tələblər

- Ali təhsil
- Yaş: 35-50
- Cins: kişi
- Satış sahəsində Rəhbər vəzifəsində minimum -10 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır
- Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar
- Effektiv ünsiyyət və güclü təqdimat bacarığı
- Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı
- Səlis nitq qabiliyyəti və xoş görünüş
- İşgüzar etik qaydalara riayət
- İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)
- Satış/kommersiya sektorunda azı 10-15 illik iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst (ingilis dili arzuolunandır.)
- Mükəmməl liderlik və idarətmə bacarıqları
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
- MS Office proqramlarında və 1C 8.3v məlumat bazasında sərbəst işləyə bilmək bacarığı
- Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları
- Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq

Müraciət qaydaları: sayt yazmaq olmaz! elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satış departamentinin rəhbəri” yazmaqla müraciət edilir

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2025 года.