İş barədə məlumat- İşin prioritetini və ardıcıllığını müəyyənləşdirmək və iş vaxtını səmərəli şəkildə bölüşdürmək
- İş vaxtının bölüşdürülməsində köməklik etmək
- Tərəfdaşları, müştəriləri, ziyarətçiləri, şöbə rəhbərlərini və işçilərini planlaşdırılan tədbirlər və planlar haqqında məlumatlandırmağın ən optimal yollarını seçmək
- Rəhbərlik və qarşı tərəf arasında görüşlər təşkil etmək
- Rəhbərlik olmadığı müddətdə şöbəyə həvalə edilmiş işin yerinə yetirilməsini təmin etmək
- Təşkilat daxilində ünsiyyət üçün müəyyən edilmiş qayda və prosedurlardan istifadə etmək
- Təşkilatın və liderin müsbət imicini yaratmaq və saxlamaq
- Məlumat məxfiliyi təmin etmək, məxfi məlumatı məxfi saxlamaq
- İnformasiya ilə işləmək, təhlil etmək və sistemləşdirilmiş formada təqdim etmək
- Sürətli yazı və qeyd bacarıqlarını tətbiq etmək
- İnformasiya təminatının dolğunluq, etibarlılıq və operativlik meyarlarına uyğun olaraq məlumat mənbələrini təhlil etmək və seçmək
- Müəyyən edilmiş tələblərə uyğun olaraq məlumatları toplamaq, emal etmək və təhlil etmək
- Mövcud verilənlər bazalarında məlumatların axtarışı, axtarış xüsusiyyətlərinin müxtəlif kombinasiyası əsasında məlumat və arayış işlərinin aparılması
- İnformasiya ehtiyatlarından istifadə etmək və məlumatları müəyyən edilmiş meyarlara uyğun sistemləşdirmək
- Daxil olan məlumatlar və qiymət təhlili əsasında kommersiya təklifləri tərtib etmək
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Materialın məntiqi ardıcıllıqla təqdim edilməsi
- Azərbaycan dilində sənədlərin mətnini redaktə etmək
- Həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
- Məhsul və xidmətlər haqqında prezentasiyaların hazırlanması
- Korporativ müştərilərlə əlaqələrin qurulması və saxlanılması
- Müştəri sifarişlərinin qəbul edilməsi, işlənməsi və izlənməsi
- Satış əməliyyatlarının gündəlik idarə edilməsi və optimallaşdırılması
- Korporativ müştərilər üçün məhsul və xidmətlərin təqdimatı
- Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi
- Satış məlumatlarının analiz edilməsi, hesabatların hazırlanması və təqdim edilməsi
- İclasların və konfrans tədbirlərinin protokollarını tərtib etmək, iştirakçıların siyahısını, gündəliyi, iştirak vərəqələrini və yekun sənədlərin layihələrini hazırlamaq, məlumat, sənəd və materialları konfrans tədbirinin iştirakçılarına ötürmək.
- Həftə içi 5 iş günü
Namizədə tələblər
- Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə)
- Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı (İT sahəsi)
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı
- Azərbaycan və rus dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır)
- 1 C və CRM proqram təminatlarında işləmə bacarığı
- Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı
- Analitik düşüncə və yüksək ünsiyyət qabiliyyəti
- Öz fəaliyyətini nümayiş etdirmək, sahəsi üzrə yeni biliklər öyrənmək istəyi və bacarığı.
- Cəmiyyət və Dövlət qurumları ilə korporativ satış istiqamətində əlaqələrin qurulması
- Korporativ yazışmalar və korporativ etiket qaydaları
- Konfidensial mülkiyyət məlumatlarının mühafizəsi qaydaları
- İş protokollarının tərtib edilməsi
- Məlumat, sənəd və materialları tədbir iştirakçılarına ötürmək
- Görüşlərin və danışıqların hazırlanması və keçirilməsi üçün təşkilati və texniki tədbirlər kompleksi
- Dövlət orqanlarında, üçüncü tərəf təşkilatlarında təmsilçilik prinsipləri və onlarla qarşılıqlı fəaliyyət qaydası
- Xarici və daxili informasiya axınlarının formalaşmasının xüsusiyyətləri
- Sənədlərin tərtibi və işlənməsi qaydalarını
- Rəhbərin göstərişlərinin icrasına nəzarət qaydalarını
- Elektron sənəd dövriyyəsi sistemlərindən və verilənlər bazalarından istifadə bacarıqları.