SATIŞ KOORDİNATORU

400 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər
Yaş 21 - 35 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Missiya Təhsil Şirkəti
Telefon (012) 401-47-85
E-mail hr@missiya.edu.az
Elanın tarixi 13-11-2024
Bitmə tarixi 13-12-2024
İş barədə məlumat

Missiya Təhsil Şirkətinin Xırdalan filialına satış koordinatoru tələb edilir.

- Karyera yüksəlişi imkanları mövcuddur
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən razılaşma yolu ilə təyin ediləcək
- Əmək haqqından əlavə bonuslar olacaq
- Həftə içi 5 iş günü

İş funksiyaları:
- Potensial müştərilərin məlumatlandırılması və satışın reallaşdırılması
- Valideyn və şagirdlərlə mütəmadi olaraq əlaqədə olmaq, şirkətin təyin etdiyi standartlar çərçivəsində müştəri məmnuniyyətinin təmin edilməsi
- Komanda üzvləri, şöbələrlə məlumat mübadiləsi aparmaq
- Günlük görülmüş işlər barədə hesabatların hazırlanması
- Şagirdlərlə birlikdə müxtəlif aktivliklərin təşkil edilməsi
- Rəhbərlik tərəfindən tapşırılan digər işlərin görülməsi

Namizədə tələblər

- Ali təhsil
- Aktiv kommunikasiya bacarıqları
- Satış və müştəri münasibətləri üzrə iş təcrübəsi üstünlükdür
- Məntiqi düşünmə qabiliyyəti
- Komanda ilə işləmə bacarıqları
- Səbrli, dürüst
- Məsuliyyətli, çevik
- MS Ofis proqramlarını bilməli

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.