SATIŞ MENECERİ-VASİTƏÇİ

800 - 1300 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 35 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Novruz Hüseynov
Telefon (055) 222-41-20
E-mail info@investhome.az
Elanın tarixi 23-11-2024
Bitmə tarixi 23-12-2024
İş barədə məlumat

- İnvest Home şirkəti müştərilərə yüksək səviyyədə xidmət göstərən və uğurlu satış əməliyyatlarını təmin edən Satış Meneceri / Vasitəçi axtarır.
Əsas vəzifələr:
- Müştərilərlə aktiv əlaqə yaratmaq və onların ehtiyaclarına uyğun daşınmaz əmlak təklif etmək.
- Əmlak nümayişlərini təşkil etmək və satış prosesinə nəzarət etmək.
- Müştəri bazasını genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurmaq.
- Daşınmaz əmlak bazarını araşdırmaq və mövcud trendlər haqqında məlumatlı olmaq.
- Şirkətin təyin etdiyi satış hədəflərinə çatmaq.

İş şərtləri:
- İş saatları: 10:00-dan- 19:00-dək, həftənin 6 günü (Bazar günü sərbəstdir).
- Gəlir sistemi: 50/50 gəlir bölgüsü (Satışdan əldə olunan komissiyanın yarısı namizədə məxsusdur. Fiks maaş yoxdur. Uğurlu satışlar qazancınızın daim artmasını təmin edir!).
- Təcrübəsiz namizədlər üçün ödənişsiz təlimlər.
- Geniş müştəri bazası və güclü iş mühiti.
- İş yeri -ünvan: Xətai r., Babək pr. 10E, Rusel Plaza, Xətai metrosunun arxası.

Namizədə tələblər

Uğurlu satış agenti olmaq üçün axtardığımız keyfiyyətlər:
- Daşınmaz əmlak sahəsində iş təcrübəsi arzuolunandır, lakin təcrübəsiz namizədlər üçün təlimlər təmin edilir.
- Aktiv və çevik yanaşma.
- Ünsiyyət bacarıqları yüksək səviyyədə olmalı (rus və ingilis dillərini bilmək üstünlükdür).
- Məsuliyyətli, etibarlı və nəticəyönümlü olmaq.
- Komanda ilə işləmək bacarığı.
- Müştəri məmnuniyyətini ön planda saxlamaq.

Daşınmaz əmlak sahəsində uğurlu karyera qurmaq istəyirsinizsə, bizə müraciət edin! İnvest Home komandasında peşəkar inkişaf üçün sizə hərtərəfli dəstək verəcəyik.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.