İş barədə məlumat- Pərakəndə Satış Mağazalarında və Apteklərdə brendə məxsus məhsulları effektiv şəkildə təmsil etmək
- Müştərilər ilə müntəzəm əlaqə qurmaq, məhsulları təqdim etmək və eyni zamanda sifarişləri qəbul etmək, mövcud və potensial müştərilərlə mütəmadi görüşlər təşkil etmək
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
- Rəflərdəki malların inventarına və düzülüşünə nəzarət etmək, satış məntəqələrini mütəmadi qaydada ziyarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək
- Təyin olunmuş aksiaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak etmək
İş şəraiti:
- Rəqabətli əmək haqqı və bonus sistemi: fiks + satışdan %
- Saat 09:00-dan - 18:00-dək
- Karyera inkişafı imkanı
- Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı
Namizədə tələblər
- Parfumeriya və kosmetika sahəsində satış təmsilçisi olaraq ən azı 1-2 il iş təcrübəsi
- Dil bilikləri: azərbaycan dili - əla, rus dili - orta
- Aktiv, ünsiyyətcil, dəqiq və məsuliyyətli
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti
- Komandada işləmə bacarığı
- Dəriyə qulluq və kosmetika sahəsinə maraq
- Ofis proqramları biliyi (üstünlükdür)
Müraciət üçün CV-nizi sayt yazmaq olmaz! elektron ünvana göndərməyiniz xahiş olunur.