SƏTƏM ÜZRƏ MÜHƏNDİS

800 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Gülər x.
Telefon (012) 225-20-18
E-mail hr@greencleaning.az
Elanın tarixi 21-10-2024
Bitmə tarixi 21-11-2024
İş barədə məlumat

- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi
- Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi
- Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili
- İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi
- İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi
- İlkin yardımın əsasları, ilkin xilasətmə üzrə təlimatların keçirilməsi
- Materialların Təhlükəsizliyi barədə Məlumat Vərəqələrinin hazırlanması (MSDS)
- Ətraf mühitin, tullantıların idarəedilməsi
- İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması
- Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması
- İşə qəbul olunanlarla giriş təlimatının aparılması, Sətəm üzrə dövrü təlimlərin keçirilməsi
- Tibbi müayinədən keçirilməsinə ehtiyac olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi
- İş yerlərinin attestasiyası prosesinin təşkili və idarəedilməsi
- Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi.

Şərtlər:
- Ə/H – 1000 AZN (NET)
- İşçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə götürülür
- İş qrafiki: 6 günlük. B.e-C: saat 09:00-dan - 17:00-dək, Şənbə- 09:00-14:00-dək.
- Ünvan: Yasamal rayonu, A.Mirzəyev 6c (Statistika komitəsinə yaxın) Green Cleaning şirkəti

Namizədə tələblər

- Ali təhsilinin olması
- Yaş həddi: 25-35 yaş arası bəylər
- FHN sertifikatı və digər uyğun sertifikatlar
- Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
- Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı
- Dil bilikləri – azərbaycan dili – səlis, rus və ingilis dillərini bilməsi üstünlükdür.
- Stresə davamlı, məsuliyyətli və intizamlı.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.