SMM MENECERİ

300 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Novruz Hüseynov
Telefon (055) 222-41-20
E-mail investhomeaz@gmail.com
Elanın tarixi 13-08-2024
Bitmə tarixi 13-09-2024
İş barədə məlumat

- İnvest Home şirkətində Sosial Media Marketing üzrə vakansiya mövcuddur.
- Əsas fəaliyyət sahəmizə hər növ daşınmaz əmlakın alqı-satqı, kirayə və icarəsi üzrə vasitəçilik xidməti aiddir.
- Əlavə olaraq daxili ipoteka, dövlət ipotekası, və digər dövlət layihələri vasitəsi ilə mənzillərin alınmasında və satılmasında mərhələlərinin yerinə yetirilməsi üzrə vasitəçilik xidməti göstəririk.
- Şirkətimiz iki ilə yaxındır fəaliyyət göstərir. Satış sahəsində təcrübəli kollektivimizlə müraciət edən müştərilərə xidmət göstəririk.
- SMM sahəsində öz bilik və təcrübəsi ilə şirkətimizin sosial platformalarda (Facebook, İnstagram, Youtube, Tiktok başda olmaqla) şirkətin adını, xidmətlərini və portfellərini tanıtmaq üçün düzgün reklam strategiyasının qurulması lazımdır.
- Gündəlik postların hazırlanması, çəkiliş edilmiş əmlakların videolarının redaktə edilməsi, düzgün reklam strategiyasının qurulmasında iştirak etməli və təkliflər edilməlidir. Postların hazırlanması və reklam üçün lazımı dəstək göstəriləcək.
- Əmək haqqı: aylıq maaş + göstərilən xidmətlərdən əldə edilən gəlirdən faizlədir.
- Qeyd: 1 həftə sınaq müddətidir. 1-ci ay 300 azn + faiz ilə başlanılacaq.
- Sonrakı aylarda görülən işlərə və əldə edilən nəaliyyətlərə baxılıb xidmət haqqı artılacaq.
- Part time və freelance işləyən SMM mütəxəssilərinində təklifləri dəyərləndiriləcək.
- İş vaxtı: həftənin 6 günü
- İş saatı: 10:00-dan - 19:00-dək
- Ünvan: Xətai rayonu, Babək prospekti 10e, Rusel plaza (Xətai metrosu yaxınlığında)

Namizədə tələblər

- Vakansiyamıza müraciət edən xanımlar və cənablar
- Yaş həddi: 18 yaşdan yuxarı SMM sahəsində təcrübəli şəxslər
- Sosial platformalarda hədəf müştəri kütləsinin toplanılmasında bilikli olmalı
- Video və şəkillərin hazırlanmasında lazımı proqramlarda təcrübəli olmalı
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmalı.

- Yüksək təqdimat bacarığı
- Müştərilərlə yüksək ünsiyyət qabiliyyəti
- Kollektivlə işləmə bacarığı
- İşində dəqiq və məsuliyyətli olmalı
- Satış sahəsində bacarıqlı olmalıdır
- Azərbaycan dilində yüksək səviyyədə yazılı, şifahi ünsiyyət bacarığı
- Xarici dil ingilis və ya rus dili biliyinin olması respublikamızda yaşayan xarici vətəndaşlara xidmət üçün arzu olunandır.
- Daşınmaz əmlak sahəsində məlumatının olması arzuolunandır.

Vakansiyaya uyğun şəxslər əlaqə nömrəsinə və ya qeyd olunan mail ünvanına : sayt yazmaq olmaz! özü haqqında məlumatları (foto şəkilli formada CV) göndərə bilərlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.