TİBBİ NÜMAYƏNDƏ

0 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 0 - 0 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs AzəriMed QSC
Telefon (055) 455-95-91
E-mail cv@azerimed.com
Elanın tarixi 07-11-2024
Bitmə tarixi 07-12-2024
İş barədə məlumat

“Azəri Med QSC” - Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq!

Biz peşəkar komandamız üçün "Tibbi nümayəndə" axtarırıq!
Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik.

Vəzifə öhdəlikləri:
- Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək
- Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
- Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək
- Bazar araşdırması etmək və satış kanallarını artırmaq
- Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq

İş şəraiti:
- İş qrafiki: I-V günlər - 09:00-dan - 18:00-dək
- Əmək haqqı: namizədin bilik və bacarıqları əsasında müəyyən edilir.

Namizədə tələblər

- Təhsil: Ali və ya orta təhsil (tibb təhsili üstünlükdür)
- Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə minimum 1 il iş təcrübəsi
- Dil bilikləri: azərbaycan dili və rus dili biliyi arzuolunandır
- Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point)
- Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.


Bütün uyğun namizədlər “Tibbi nümayəndə” mövzusu ilə sayt yazmaq olmaz! ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.

Sizin müraciətlərinizi gözləyirik!

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.