İş barədə məlumat- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
- Avtoyükləyici vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq
- Avtoyükləyici vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan işi ilə əlaqədar digər işləri yerinə yetirmək
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək
- Avtoyükləyici vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyeniya və mülkü-müdafiə müəssə daxili yol hərəkət qaydalarına riayət etməlidir
- Yükləyicinin sürücüsü ona həvalə edilmiş şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və bu vəzifə təlimatına müüvafiq, üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsinə görə, - Şirkətin qarşısında tam məsuliyyət daşıyır
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Bazar günü istirahət günüdür
- Nahar Şirkət tərəfindən təmin edilir